BAKI. TurkicWorld:
19 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Tayland Krallığının paytaxtı Banqkok şəhərinə işgüzar səfərə yola düşüb.
XİN-dən TurkicWorld-a bildirilib ki, səfər çərçivəsində, nazir Ceyhun Bayramovun 20 aprel tarixlərində Azərbaycanın sədrliyi ilə keçiriləcək BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyasında iştirakı və çıxışı, habelə yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.







