BAKI,TurkicWorld
Bu gün səhər Azərbaycanda İranın başını itirdiyinə dair daha bir sübut əldə etdik. Ayətullah rejimi növbəti qonşu ölkənin mülki hava limanına raket və PUA-lar atırsa, demək, artıq maskaları düşüb.
TurkicWorld xəbər verir ki, bu barədə İsrail XİN rəhbərinin müavini Şaren Haskel "X" sosial şəbəkə səhifəsindəki paylaşımında qeyd edib.
O qeyd edib ki, İsrail İranın Azərbaycanın Naxçıvan Beynəlxalq hava limanına pilotsuz uçuş aparatları ilə zərbə endirməsini pisləyir. Naxçıvandakı hadisə İran rejiminin təcavüzkar siyasətinin bariz nümunəsidir.
"Tehrandakı osminoq başı artıq proksi təşkilatların arxasında gizlənmir, birbaşa hücum edir və xaos yayır".
Beynəlxalq birlik bu təhlükəyə qarşı biganə qalmamalıdır. Dünya İranı dayandırmayana qədər, o, dayanmayacaq", - o paylaşımında əlavə edib.
Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.
Hadisə nəticəsində 2 mülki şəxs xəsarət alıb. Azərbaycan Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edib.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.







