
Bakı. TurkicWorld:
Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya ölkələri ilə birlikdə tarixi "İpək yolu"nu yenidən bərpa etmək üçün addımlar atırıq.
TurkicWorld-un məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Ölkəmizi dünya ticarətində strateji mərkəzə çevirməyə çalışırıq. Şərq-Qərb dəhlizinin əhəmiyyəti artıb. Biz də Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya ölkələri ilə birlikdə tarixi "İpək yolu"nu yenidən bərpa etmək üçün addımlar atırıq", - deyə M.Çavuşoğlu əlavə edib.