Fuad Muradov Azərbaycan səfirliklərinə hücumlara münasibət bildirib

Fuad Muradov Azərbaycan səfirliklərinə hücumlara münasibət bildirib

Bakı. TurkicWorld:

Azərbaycan diaspor təşkilatları xaricdə fəaliyyət göstərən Azərbaycan səfirlikləri ilə daim kordinasiyalı fəaliyyət göstərir.

TurkicWorld-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

O bildirib ki, səfirliklərə diaspor tərəfindən dəstək göstərilir.

"Bu o anlama gəlmir ki, harada erməni çoxdursa orada ermənilər hücum etməlidir, harada azərbaycanlı çoxdursa, azərbaycanlılar. Hər bir dövlətin borcudur ki, səfirlikləri qorusun" -komitə sədri deyib.