Son dəqiqə

Azərbaycan Özbəkistan

Bakıda “Özbəkistan – Azərbaycan: müttəfiqlik qarşılıqlı fəaliyyətinin arxitekturası” mövzusunda dəyirmi masa keçirilir

Bakı. Trend:

Bakıda "Özbəkistan – Azərbaycan: müttəfiqlik qarşılıqlı fəaliyyətinin arxitekturası" mövzusunda dəyirmi masa keçirilir.

Trend xəbər verir ki, hər iki ölkədən olan politoloqların və ekspertlərin iştirak etdiyi tədbir Özbəkistanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub.

Tədbirdə açılış nitqi ilə çıxış edən Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov qonaqları salamlayıb və bütün səviyyələrdə iki ölkə arasında sıx əlaqələrin qurulduğunu diqqətə çatdırıb .

"Yüksək səviyyəli qarşılıqlı fəaliyyət, o cümlədən parlamentlər və parlamentlərarası qruplar arasında əməkdaşlıq fəal şəkildə inkişaf edir", – deyə diplomat qeyd edib.

B.Aşrafxanovun sözlərinə görə, iki dövlətin beyin mərkəzləri arasında əlaqələrin genişləndirilməsi strateji tərəfdaşlığa əlavə müstəqil ölçü qazandıra bilər.

"Biz birgə tədqiqatların aparılması, ekspert mübadiləsi və müntəzəm görüşlərin təşkili yolu ilə belə qarşılıqlı fəaliyyətin institusionallaşdırılmasında maraqlıyıq", – deyə o əlavə edib.

Xəbər yenilənəcək

Mövzuya görə xəbərlər