Rusiya Dövlət Dumasının sədri bu gün Azərbaycana rəsmi səfər edəcək

Rusiya Dövlət Dumasının sədri bu gün Azərbaycana rəsmi səfər edəcək

Bakı. TurkicWorld:

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bu gün Azərbaycana rəsmi səfər edəcək.

TurkicWorld xəbər verir ki, Vyaçeslav Volodin Azərbaycan Parlamentinin sədri Sahibə Qafarova ilə görüşəcək.

Rəsmi səfərin əsas məqsədi Rusiya-Azərbaycan münasibətlərinin cari gündəliyinin bütün məsələləri üzrə fikir mübadiləsi aparmaqdır.