Son dəqiqə

AZAL

Azərbaycan və Yaponiya arasında birbaşa reyslərin həyata keçirilməsi müzakirə edildi

Bakı. TurkicWorld:

Azərbaycan və Yaponiya arasında birbaşa reyslərin həyata keçirilməsi üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib.

TurkicWorld xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) İdarə heyətinin sədri Samir Rzayev sosial şəbəkədəki hesabında bildirib.

"Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe ilə səmimi görüşümüz baş tutdu.

Görüş zamanı AZAL-ın uçuş coğrafiyasının genişləndirilməsini hədəfləyən strategiyasını və Bakının tranzit mərkəz kimi inkişaf potensialını müzakirə etdik. Əlavə olaraq, gələcəkdə Azərbaycan və Yaponiya arasında birbaşa reyslərin həyata keçirilməsi və yapon aviaşirkətləri ilə əməkdaşlıq perspektivləri mövzusuna da toxunduq.

Məhsuldar görüşümüzün davamında Azərbaycanın turizm potensialı barəsində fikir mübadiləsi apardıq. Hesab edirəm ki, görüş iki ölkə arasında turizm və aviasiya sahəsində yeni tərəfdaşlıq imkanlarının araşdırılması və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi baxımından çox səmərəli oldu", - paylaşımda qeyd edilib.

Mövzuya görə xəbərlər