Azərbaycan Əlcəzairdə keçiriləcək Ərəb Dövlətləri Liqasının Sammitinə fəxri qonaq kimi dəvət edilib

Azərbaycan Əlcəzairdə keçiriləcək Ərəb Dövlətləri Liqasının Sammitinə fəxri qonaq kimi dəvət edilib

Bakı. TurkicWorld:

Azərbaycan noyabr ayında Əlcəzairdə keçiriləcək Ərəb Dövlətləri Liqasının Sammitinə fəxri qonaq kimi dəvət edilib. TurkicWorld bunu Əlcəzair Xarici İşlər Nazirliyinə istinadən bildirir.

Nazirlikdən verilən yazılı açıqlamaya görə, Birləşmiş Millətlər Təşkilatı (BMT) 77-ci Baş Assambleya iclasları üçün Nyu Yorkda səfərdə olan Əlcəzairin xarici işlər naziri Ramtan Lamamranın azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşüb.

Həmçinin qeyd edilib ki, nazir Lamamranın Prezident Tebbunun dəvət məktubunu azərbaycanlı həmkarı Bayramova verdiyini əks etdirən bəyanatda iki nazir arasında Qoşulmama Hərəkatının beynəlxalq gərginlikdə rolunun aktivləşdirilməsi ilə bağlı fikir mübadiləsi də aparıldığı qeyd edilib.