Son dəqiqə

Bakı Qərbi Azərbaycan İcmasından Avropa Parlamentinə sərt cavab Avropa Parlamentinin bəyanatı etnik təmizləməyə dəstəkdir - İcma Qərbi azərbaycanlılar doğma yurdlarına qayıtmaq üçün dəstək gözləyir Avropa Parlamentində ikili standart: Azərbaycan hədəf alınır

Avropa Parlamenti Qərbi azərbaycanlıların yurdlarına qayıdışını dəstəkləməlidir

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Avropa Parlamentinin bir qrup deputatının Azərbaycanı “bütün erməni məhbusları”nı azad etməyə çağıran bəyanatının Ermənistanın Azərbaycan ərazilərini işğalına, törətdiyi etnik təmizləməyə, hərbi cinayətlərə göz yumulması və təşviq edilməsi kimi qiymətləndiririk.

TurkicWorld xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.

Bildirilib ki, ədalət təmin edilmədən sülhə nail olmaq mümkün deyil. Bu günlərdə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş erməniəsilli şəxslər keçən əsrin sonlarından başlayaraq bütöv bir regionu sonsuz faciələrə, eləcə də biz Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarından deportasiya olunmasına düçar etmiş “miatsum” ideologiyasının daşıyıcıları və icraçılarıdır.

“Avropa Parlamentinin üzvləri suveren ölkənin daxili işlərinə qarışmaq, ona iftiralar atmaqdansa, yuxarıda qeyd edilən şəxslərin qanlı əməllərindən əziyyət çəkmiş Qərbi azərbaycanlıların Ermənistandakı öz doğma yurdlarına qayıdışına ictimai dəstək verməlidir”, - deyə bəyanatda qeyd olunub.

Mövzuya görə xəbərlər