Verdikləri mücadilədə daim azərbaycanlı qardaşlarımızın yanında olmaqda davam edəcəyik - Ərdoğan

Verdikləri mücadilədə daim azərbaycanlı qardaşlarımızın yanında olmaqda davam edəcəyik - Ərdoğan

Azərbaycanın torpaqlarını azad etməsi ilə regionda sülh üçün tarixi bir pəncərə açılıb. Türkiyə olaraq regionda sülhün və sabitliyin bərqərar olması üçün çox önəmli addımlar atdıq. Son günlər Ermənistan-Azərbaycan sərhədində yaşananlar ümumi işə bir qədər kölgə salsa da, inanırıq ki, qısa zamanda iki ölkə arasında münasibətlər normallaşacaq və bölgəyə sülh gələcək.

TurkicWorld xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının (BA) 77-ci sessiyasında çıxışı zamanı deyib.

"Türkiyə olaraq verdikləri mücadilədə daim azərbaycanlı qardaşlarımızın yanında olmaqda davam edəcəyik", - deyə Ərdoğan vurğulayıb.