...

Ermənistan hərbçilərinə aid daha 95 meyit qarşı tərəfə təhvil verilib

Siyasət Digər xəbərlər 20 Sentyabr 2022 13:32
TurkicWorld Daspina Hasanova
Ermənistan hərbçilərinə aid daha 95 meyit qarşı tərəfə təhvil verilib

Bakı. TurkicWorld:

Ermənistan hərbçilərinə aid daha 95 meyit qarşı tərəfə təhvil verilib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından TurkicWorld-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin 2022-ci ilin 12-14 sentyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı Azərbaycan Ordusunun əks-hücum əməliyyatı nəticəsində həlak olaraq ərazidə qalmış erməni hərbi qulluqçularına aid meyitlərin axtarışı həyata keçirilmişdir.

Azərbaycan Respublikası beynəlxalq humanitar hüquqa və humanizm dəyərlərinə sadiqliyini bir daha nümayiş etdirərək cari ilin sentyabrın 20-də 95 erməni hərbçisinin meyitinə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun iştirakı ilə baxış keçirildikdən və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olmaması müəyyən edildikdən sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil vermişdir.

Ermənistan hərbçilərinin cəsədlərinin qarşı tərəfə təhvil verilməsi ilə bağlı humanitar proses davam etdiriləcəkdir.

Məqalədə:
Xəbərlər

Xəbər lenti