...

Nensi Pelosinin Ermənistanda səsləndirdiyi fikirlər qəbuledilməzdir - Fuat Oktay

Siyasət Digər xəbərlər 19 Sentyabr 2022 16:34
TurkicWorld Daspina Hasanova
Nensi Pelosinin Ermənistanda səsləndirdiyi fikirlər qəbuledilməzdir - Fuat Oktay

Bakı. TurkicWorld:

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistan səfərində tarixi və aktual həqiqətlərlə əlaqəsi olmayan, xoş niyyətdən tam uzaq, qərəzli baxışı əks etdirən və diplomatik səyləri sabotaj edən açıqlamaları qəbuledilməzdir.

TurkicWorld-un məlumatına görə, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.

Onun sözlərinə görə, Ağ Ev erməni diasporunun səslərinə göz qırpdığı açıqca bəlli olan Pelosi və lobbi tərəfindən dəstəklənən bir neçə siyasətçinin Qarabağ məsələsinə dair açıqlamalarının ABŞ-ın rəsmi mövqeyini əks etdirib-etdirmədiyinə aydınlıq gətirməlidir.

"Regionda davamlı sülh və sabitliyə ehtiyac duyulan bir vaxtda bütün beynəlxalq aktorları soyuqqanlı, ədalətli və məsuliyyətli davranmağa dəvət edirəm. 30 ildir haqsız və hüquqsuz bir şəkildə işğal altında saxlanılan torpaqlarını azad etmək üçün mübarizə aparan Can Azərbaycanın yanında durmağa qətiyyətlə davam edəcəyik", - deyə F.Oktay əlavə edib.

Məqalədə:
Xəbərlər

Xəbər lenti