Aİ Şurasının Prezidenti Şarl Mişel Prezident İlham Əliyevə zəng edib

Aİ Şurasının Prezidenti Şarl Mişel Prezident İlham Əliyevə zəng edib

Sentyabrın 17-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Prezidentin Mətbuat xidmətindən Trend-ə məlumat verilib.

Telefon söhbəti zamanı regionda davamlı sülhün təmin olunması, gərginliyin aradan qaldırılması, əldə olunmuş atəşkəs razılaşmasının təmin edilməsi və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesi ilə bağlı fikir mübadiləsi aparıldı.