...

Fransa mətbuatı Azərbaycanın 100-ə qədər Ermənistan hərbçisinin cəsədini qarşı tərəfə təhvil verməyə hazır olmasından yazıb

Siyasət Digər xəbərlər 15 Sentyabr 2022 16:31
TurkicWorld Daspina Hasanova
Fransa mətbuatı Azərbaycanın 100-ə qədər Ermənistan hərbçisinin cəsədini qarşı tərəfə təhvil verməyə hazır olmasından yazıb

Bakı. TurkicWorld:

Fransanın “La Gazette” xəbər portalı Azərbaycanın 100-ə qədər Ermənistan hərbçisinin cəsədini birtərəfli qaydada qarşı tərəfə təhvil verməyə hazır olduğu barədə məqalə dərc edib.

TurkicWorld-un məlumatına görə, məqalədə bildirilib ki, artıq Azərbaycan tərəfi bununla əlaqədar Beynəlxalq Qızıl Xaç Komitəsini də məlumatlandırıb.

“Azərbaycan Respublikası beynəlxalq humanitar hüquqa və humanizm dəyərlərinə sadiqliyini nümayiş etdirərək Ermənistanı atəşkəsə çağırır və cari ilin 12-13 sentyabr tarixlərində ölkəmizin ərazi bütövlüyünə qarşı təxribatın qarşısının alınması nəticəsində həlak olmuş 100-ə qədər Ermənistan hərbçisinin cəsədini birtərəfli qaydada qarşı tərəfə təhvil verməyə hazır olduğunu bildirir”, - deyə məqalədə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı bəyanata istinadən vurğulanıb.

Məqalədə:
Xəbərlər

Xəbər lenti