...

Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana səfərə dəvət edib

Siyasət Digər xəbərlər 15 Sentyabr 2022 15:46
TurkicWorld Daspina Hasanova
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana səfərə dəvət edib

Bakı. TurkicWorld:

Sentyabrın 15-də Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşü olub.

TurkicWorld xəbər verir ki, Özbəkistana dövlət səfərini xoş təəssüratlarla xatırladığını vurğulayan Prezident İlham Əliyev Prezident Şavkat Mirziyoyevi Azərbaycana səfərə dəvət edib.

Prezident Şavkat Mirziyoyev dəvəti məmnunluqla qəbul edib.

Məqalədə:
Xəbərlər

Xəbər lenti