...

Orduda qan komponentlərinin çatışmazlığı ilə bağlı məlumatlar əsassızdır - MN

Siyasət Digər xəbərlər 15 Sentyabr 2022 00:34
TurkicWorld Daspina Hasanova
Orduda qan komponentlərinin çatışmazlığı ilə bağlı məlumatlar əsassızdır - MN

Bəzi sosial şəbəkə hesablarında guya xeyli sayda yaralılarımızın mövcudluğu və onlara qan lazım olması ilə bağlı əsassız məlumatlar paylaşılır. Bildiririk ki, Azərbaycan Ordusunda qan komponentləri ehtiyatları ilə bağlı heç bir problem yoxdur.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən bildirilib.

“Ehtiyac olarsa Ordumuzun qan və qan komponentlərinə olan tələbatı Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Qan Bankı bölməsi tərəfindən tam təmin ediləcək.

Vətəndaşlarımızı bu cür yalan məlumatlara aldanmamağa və rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırırıq”, - deyə Nazirlikdən qeyd edilib.

Xəbərlər

Xəbər lenti