Səlcuq Bayraktar Azərbaycana başsağlığı verib

Səlcuq Bayraktar Azərbaycana başsağlığı verib

Bakı. TurkicWorld:

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar Azərbaycan xalqına başsağlığı verib.

TurkicWorld-un məlumatına görə, bu barədə S.Bayraktar öz "Twitter" səhifəsində yazıb.

Paylaşımda deyilir:

“Qardaş ölkəmiz #Azerbaycan’a qarşı törədilən xain hücumda şəhid olan qəhrəman qardaşlarımıza Allahdan rəhmət, yaralananlara tezliklə şəfa diləyir, Azərbaycanlı qardaşlarıma başsağlığı verirəm.

Biz birik!

Biz birlikdəyik!”