Mövlud Çavuşoğlu Azərbaycan xalqına başsağlığı verib

Mövlud Çavuşoğlu Azərbaycan xalqına başsağlığı verib

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan xalqına başsağlığı verib.

TurkicWorld-un məlumatına görə, bu barədə M.Çavuşoğlu öz "Twitter" səhifəsində yazıb.

"Azərbaycan-Ermənistan sərhəd xəttində baş verən toqquşmalarda həyatını itirən Azərbaycan ordusunun qəhrəman şəhidlərinə rəhmət, yaxınlarına səbr, qardaş Azərbaycan xalqına başsağlığı diləyirəm.

Türkiyə hər zaman Can Azərbaycanın yanında olacaq", - deyə bildirilib.