Son dəqiqə

Azərbaycan Milli Məclis Sahibə Qafarova Bəhreyn anlaşma memorandumu Əhməd bin Salman Al Musalam

Azərbaycan Milli Məclisi ilə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında Anlaşma Memorandumu imzalanıb

BAKI, TurkicWorld

Azərbaycan Milli Məclisi ilə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi Milli Məclisin sədri Sahibə Qafarova və Bəhreyn Nümayəndələr Şurasının sədri Əhməd bin Salman Al Musalam imzalayıblar.

Bu barədə TurkicWorld-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Spiker Sahibə Qafarova Anlaşma Memorandumunun əhəmiyyətini xüsusi vurğulayıb. Qeyd edilib ki, bu sənəd parlamentlərarası əlaqələrin yeni mərhələyə yüksəlməsinə, o cümlədən parlament komitələri, dostluq qrupları, parlament aparatları və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcək.

Mövzuya görə xəbərlər