Son dəqiqə

Milli Məclis Sahibə Qafarova APA Bəhreyn Asiya Parlament Assambleyasının (APA) 16-cı Plenar Sessiyası Əli bin Saleh Əl-Saleh Abdulnabi Salman Ahmed Ahmed Abulvahed Qarata Mahmud Merza Farda Ahmed Sabah Al-Salloom Hasad Eid Buxammas Mamdooh Abbas Al-Saleh Mohamed Moosa Mohamed Zainap Abdulameer Xalil

Milli Məclisin sədri Sahibə Qafarova APA-nın 16-cı Plenar Sessiyasında iştirak üçün Bəhreynə səfər edib

BAKI, TurkicWorld

Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) 16-cı Plenar Sessiyasının açılış mərasimində iştirak etmək üçün Bəhreyn Krallığına səfərə gəlib.

Bu barədə TurkicWorld-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Bəhreyn Beynəlxalq hava limanında Milli Məclisin sədrinin başçılıq etdiyi parlament nümayəndə heyətini Bəhreyn Krallığı Şura Məclisinin sədri Əli bin Saleh Əl-Saleh, Bəhreyn Nümayəndələr Şurası sədrinin birinci müavini Abdulnabi Salman Ahmed, Nümayəndələr Şurası sədrinin ikinci müavini Ahmed Abulvahed Qarata, Nümayəndələr Şurasının komitə sədrləri Mahmud Merza Farda, Ahmed Sabah Al-Salloom, Hasad Eid Buxammas, Mamdooh Abbas Al-Saleh, Mohamed Moosa Mohamed, deputat Zainap Abdulameer Xalil və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Sahibə Qafarovanın APA-nın 16-cı sessiyasında çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.

Mövzuya görə xəbərlər