Türkiyə Azərbaycanın haqlı davasında yanında olmağa davam edəcək - Səfir

Türkiyə Azərbaycanın haqlı davasında yanında olmağa davam edəcək - Səfir

Bakı. TurkicWorld:

Türkiyə Azərbaycanın haqlı davasında hər zaman yanında olub və olmağa davam edəcək.

TurkicWorld-un məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı deyib.

Səfir Azərbaycan-Ermənistan sərhədində erməni təxribatı nəticəsində şəhid olan hərçilərə Allahdan rəhmət diləyib.

“Azərbaycan-Ermənistan sərhədində erməni təxribatı nəticəsində şəhid olan igid hərbçilərə Allahdan rəhmət, onların ailələrinə və silah yoldaşlarına başsağlığı, yaralı qardaşlarımıza şəfa diləyirəm”, - deyə səfir əlavə edib.