...

Rusiya XİN Ermənistanın sərhəddəki təxribatları ilə əlaqədar bəyanat yayıb

Siyasət Digər xəbərlər 13 Sentyabr 2022 12:34
TurkicWorld Daspina Hasanova
Rusiya XİN Ermənistanın sərhəddəki təxribatları ilə əlaqədar bəyanat yayıb

Bakı. TurkicWorld:

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın Azərbayanla sərhəddəki son təxribatları ilə əlaqədar bəyanat yayıb.

TurkicWorld-un məlumatına görə, Rusiya ötən gecə baş vermiş hadisələrlə bağlı narahatlığını bildirib.

"Sentyabrın 13-ə keçən gecə Azərbaycan-Ermənistan sərhədinin fərqli rayonlarında vəziyyətin qəfil kəskinləşməsi ilə bağlı dərin narahatlığımızı ifadə edirik", - bəyanatda deyilir.

Rusiya tərəfləri vəziyyətin gərginləşməsindən qaçınmağa, təmkinlilik nümayiş etdirməyə və Rusiya, Azərbaycan, Ermənistan liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il üçtərəfli bəyanatlarına uyğun olaraq atəşkəs rejiminə əməl etməyə çağırır.

"Biz Bakı və İrəvanla sıx təmasdayıq", - bəyanatda deyilir.

Məqalədə:
Xəbərlər

Xəbər lenti