Ermənistanın sərhədyanı ərazilərdəki bütün hərbi infrastrukturu darmadağın edilib

Ermənistanın sərhədyanı ərazilərdəki bütün hərbi infrastrukturu darmadağın edilib

Bakı. TurkicWorld:

Ermənistanın sərhədyanı ərazilərdə olan bütün hərbi infrastrukturu ordumuzun arsenalında olan yüksək dəqiqlikli silahlarla darmadağın edilib.

TurkicWorld xəbər verir ki, Laçın və Kəlbəcər istiqamətində sərhəd hissələrində ən azı potensial olaraq təxribatlar üçün istifadə oluna bilən Ermənistanın bütün hərbi infrastrukturu ordumuzun arsenalında olan yüksək dəqiqlikli silahlarla darmadağın edilib və onun bərpası üçün illər lazımdır.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.