Son dəqiqə

Sidhu Dabindercit Singh: Zikhlər bərabərlik uğrunda əsrlərdir mübarizə aparır Bakıda zikh icmasının tarixi mübarizəsi gündəmə gətirildi Zikh lideri Hindistan Konstitusiyasını tənqid etdi Zikhlərin sosial ədalət uğrunda rolu beynəlxalq konfransda Pəncabın bölünməsi zikh icması üçün faciə kimi qiymətləndirildi Zikh Federasiyası dini tanınma problemini qabartdı

Siqlər əsrlər boyu bərabərlik və sosial ədalət uğrunda mübarizə aparıblar - Sidhu Dabindercit Sinqh

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Siqh icmasının tarixi mübarizəsi dini azadlıq, sosial bərabərlik və insan ləyaqətinin müdafiəsi üzərində qurulub.

TurkicWorld xəbər verir ki, Siqh Federasiyasının (Böyük Britaniya) icraçı direktoru Sidhu Dabindercit Sinqh yanvarın 16-da Bakıda “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib ki, siqhlər əsrlər boyu bərabərlik, dini azadlıq və sosial ədalət uğrunda ardıcıl mövqe nümayiş etdiriblər.

Onun sözlərinə görə, 556 il əvvəl Siqhizmin banisi Quru Nanak Dev Ci açıq şəkildə sosial bərabərsizliyə qarşı çıxıb, qadınların cəmiyyətdə bərabər hüquqlara malik olmasını müdafiə edib və kasta sistemini qəti şəkildə pisləyib. Sidhu Dabindercit Sinqh vurğulayıb ki, bu dəyərlər siqh icmasının ideoloji əsasını təşkil edir və bu gün də aktuallığını qoruyur.

Federasiyanın icraçı direktoru qeyd edib ki, əhalinin 2 faizindən azını təşkil etmələrinə baxmayaraq, siqhlər Hindistanın müstəqilliyi uğrunda mübarizədə mühüm və həlledici rol oynayıblar. Bununla belə, tarixi proseslər siqh icması üçün ağır nəticələr doğurub.

1947-ci il hadisələrinə toxunan Sidhu Dabindercit Sinqh bildirib ki, Pəncabın bölünməsi siqhlər üçün böyük humanitar faciəyə çevrilib. Onun sözlərinə görə, həmin dövrdə milyonlarla insan doğma yurdlarını tərk etməyə məcbur olub, yüz minlərlə insan isə öldürülüb və ya müxtəlif zorakılıqlara məruz qalıb.

O, həmçinin vurğulayıb ki, zikhlər 1950-ci ildə qəbul edilmiş Hindistan Konstitusiyasını heç vaxt qəbul etməyiblər. Səbəb kimi isə bu əsas qanunda siqhizmin ayrıca və müstəqil din kimi tanınmamasını göstərib. Sidhu Dabindercit Sinqh qeyd edib ki, sonrakı dövrlərdə hakimiyyətə gələn heç bir Hindistan hökuməti bu hüquqi boşluğu aradan qaldırmayıb.