Zakir Həsənov Bosniya və Herseqovinanın müdafiə naziri ilə görüşüb (FOTO)

Zakir Həsənov Bosniya və Herseqovinanın müdafiə naziri ilə görüşüb (FOTO)

Bakı. TurkicWorld:

Sentyabrın 6-da müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2022" 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün ölkəmizə gələn Bosniya və Herseqovina Respublikasının müdafiə naziri cənab Sifet Podçiç ilə görüşüb.

Müdafiə Nazirliyindən TurkicWorld-ə bildirilib ki, görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə qarşılıqlı səfərlərin təşkili və digər məsələlər müzakirə edilib.