Hulusi Akar Polşada Mərkəzi və Şərqi Avropanın ən böyük hərbi sərgisini ziyarət edib

Hulusi Akar Polşada Mərkəzi və Şərqi Avropanın ən böyük hərbi sərgisini ziyarət edib

Bakı. TurkicWorld:

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Polşada Mərkəzi və Şərqi Avropanın ən böyük hərbi sərgisi olan "MSPO Beynəlxalq Müdafiə Sənayesi Sərgisi"ndə Türkiyənin lider olaraq qatılacağı müdafiə sənayesi şirkətlərinin stendlərini ziyarət edib. TurkicÜorld-un məlumatına görə, 30-cu Beynəlxalq Müdafiə Sənayesi Sərgisi sabah rəsmi olaraq öz qapılarını ziyarətçilərin üzünə açacaq. Dünyanın müxtəlif ölkələrindən müdafiə sənayesi şirkətlərinin və yüksək səviyyəli rəsmi nümayəndə heyətlərinin iştirak edəcəyi fuar sentyabrın 9-dək davam edəcək.

Qeyd edək ki, 30-a yaxın türk şirkətinin iştirak edəcəyi sərgidə Türkiyə, Polşa və Avropa ölkələri arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq potensialının daha da inkişaf etdirilməsi üzrə fikir mübadilələri də aparılacaq.