Aİ ali komissarı Prezident İlham Əliyevin Nikol Paşinyan və Şarl Mişellə dördüncü görüşünü alqışlayıb

Aİ ali komissarı Prezident İlham Əliyevin Nikol Paşinyan və Şarl Mişellə dördüncü görüşünü alqışlayıb

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin dördüncü görüşünü alqışlayıb.

Trend-in məlumatına görə, o, bu barədə öz "Twitter" səhifəsində yazıb.

"Sülh müqaviləsinin təşviqi üzrə işləri, humanitar sahədə və kommunikasiyaların açılması sahəsində səyləri davam etdirmək vacibdir. Aİ əvvəlki kimi Cənubi Qafqazda dinc, təhlükəsiz və çiçəklənən gələcəyin dəstəklənməsi prosesinə sadiqdir", - o bildirib.