...

Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilə bilər

Siyasət Digər xəbərlər 1 Sentyabr 2022 11:10
Trend Daspina Hasanova
Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilə bilər

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkədə bu ilin payızında növbədənkənar prezident seçkilərinin keçirilməsini təklif edib.

Trend-in məlumatına görə, o bu barədə Qazaxıstan xalqına müraciətində deyib.

"Məlum olduğu kimi, növbəti prezident seçkiləri 2024-cü, parlament seçkiləri 2025-ci ildə keçiriləcək. Bu ilin payızında növbədənkənar prezident seçkilərinin keçirilməsini təklif edirəm", - deyə o bildirib.

K.Tokayev, həmçinin prezidentin səlahiyyət müddətinin 7 ilədək artırılmasını təklif edib.

Qeyd edək ki, Kasım-Jomart Tokayev 2019-cu ilin martında Qazaxıstan prezidenti seçilib.

Məqalədə:
Xəbərlər

Xəbər lenti