Qazaxıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qazaxıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Azərbaycana rəsmi səfər edəcək.

TurkicWorld-un Qazaxıstan prezidentinin mətbuat xidmətinə istinadən məlumatına görə, səfər avqustun 24-nə planlaşdırılır.

Səfərin gündəliyinə ticarət-iqtisadi, nəqliyyat-logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi, ümumilikdə Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığının inkişafının müzakirəsi daxildir. Səfər zamanı bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.