Son dəqiqə

İqtisadiyyat Nazirliyi Elnur Əliyev Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşdırılması Milli Məkan Məlumatları

Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşdırılması məsələləri müzakirə olunub

Bakı, TurkicWorld

Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşdırılması istiqamətində görüləcək işlər müzakirə olunub.

TurkicWorld xəbər verir ki,illi Məkan Məlumatları İnfrastrukturunun formalaşdırılmasına dair İşçi Qrupunun iclası keçirilib.

Aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən iclasda Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşdırılması istiqamətində görüləcək işlər müzakirə olunub, təqdimatlar dinlənilib.

İclasda çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev qeyd edib ki, ölkədə rəqəmsal iqtisadiyyatın formalaşdırılması yeni texnoloji həllərin geniş tətbiqini və informasiya resurslarının vahid şəkildə idarə olunmasını zəruri edir. Bildirilib ki, məkan məlumatları dövlətin rəqəmsal suverenliyini, iqtisadi dayanıqlılığını və innovasiya potensialını müəyyən edən strateji aktivə çevrilir. Platforma geodeziya, kartoqrafiya və kadastr işlərində, sosial xidmətlərin təhlili, səhiyyə infrastrukturunun planlaması, risk zonalarının xəritələnməsi kimi sahələrdə geniş imkanlar təqdim edir.

İclasda Milli Məkan Məlumatları İnfrastrukturunun texniki tapşırıq sənədi, data təmizlənməsi və standartlaşdırılması, peyk görüntülərinin əldə olunması və emalı istiqamətində aparılan işlər, məlumatların keyfiyyətinə nəzarət və təminat mexanizmləri müzakirə olunub.

Məlumatların dövriyyəsi və qurumlararası inteqrasiyasının yaxşılaşdırılması ilə bağlı təkliflər səsləndirilib.

Mövzuya görə xəbərlər