Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmiləri Rusiyada səfərdədir (FOTO)

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmiləri Rusiyada səfərdədir (FOTO)

Azərbaycan Respublikası və Rusiya Federasiyası Müdafiə nazirlikləri arasında birgə hərbi fəaliyyətlər planına uyğun olaraq Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) "G-121" və “G-129” gözətçi gəmiləri Rusiyada səfərdədir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, hərbi dənizçilərimiz Rusiya Federasiyasının Xəzər Dəniz Flotilyasının Kaspiysk Limanında təntənəli qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, Azərbaycan HDQ-nin gəmi və şəxsi heyəti bir sıra tədbirlərdə iştirak edəcək.