Füzuli. Trend:
Azərbaycan Media İnkişafı Agentliyinin təşkil etdiyi birinci Beynəlxalq Media Forumunda iştirak etmək üçün 20-yə yaxın ölkədən xarici media nümayəndələri və ekspertlərdən ibarət nümayəndə heyəti Füzuli Beynəlxalq Hava Limanına gəlib.
TurkicWorld-un məlumatına görə, iştirakçılar daha sonra forumda iştirak etmək üçün Şuşa şəhərinə gedəcəklər.
Xatırladaq ki, ötən gün qarşıdan gələn forum çərçivəsində qonaqlar Heydər Əliyev Mərkəzi ilə tanış olub və “KİV-də islahatların dərinləşdirilməsi: yeni hədəflərə doğru” mövzusunda konfransda iştirak ediblər.