Türkiyə və Azərbaycan arasında olan birlik dünyada heç bir dövlət arasında yoxdur - Şamil Ayrım

Türkiyə və Azərbaycan arasında olan birlik dünyada heç bir dövlət arasında yoxdur - Şamil Ayrım

Türkiyə və Azərbaycan arasında olan birlik, münasibət dünyada heç bir dövlət arasında yoxdur.

Bunu TurkicWorld-ə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım bildirib.

Onun sözlərinə görə, 15 iyul Türkiyədə dövlət çevirilişinə cəhdin qarşısının alınmasının üzərindən 6 il keçir. O çətin günlərdə Türkiyə liderinə ilk zəng edən Azərbaycan Prezidenti İlham Əliyev oldu.

"Azərbaycan və Türkiyə keçmiş illərdə olduğu kimi, hər zaman bir-birilərinə dəstək olurlar. 15 iyul Türkiyədə "Demokratiya və milli birlik günü" elan edilib. Biz, həmçinin, 15 iyul tarixində Azərbaycanın 14 iyulda Tovuz döyüşlərindəki şəhidlərini də rəhmətlə yad etdik. Hər cür terrora və kirli əməllərə rəğmən Türkiyə böyüməyə və güclənməyə davam edir. Azərbaycan Türkiyənin çətin anında yanında oldu. Biz bu birliyə 44 gün davam edən İkinci Qarabağ müharibəsində də şahid olduq. Hər iki dövlət çətin anlarda daim bir-birilərinə dəstək olublar. Bütün bunları nəzərə aldıqda görürür ki, Türkiyə və Azərbaycan arasında olan birlik, münasibət dünyada heç bir dövlət arasında yoxdur. İki dövlət arasında olan münasibətlər müsbət bir formada inkişaf edir. Bu gün Türkiyə-Azərbaycan münasibətləri sarsılmazdır", - deyə Ş.Ayrım əlavə edib.