Baykar savunma şirkəti Ukraynaya 3 Bayraktar TB2 S/PUA–nı hədiyyə edib

Baykar savunma şirkəti Ukraynaya 3 Bayraktar TB2 S/PUA–nı hədiyyə edib

Bakı. TurkicWorld:

Ukrayna xalqının vətənini müdafiə etmək məqsədi ilə Bayraktar TB2 S/PUA almaq məqsədilə “Xalq Bayraktarı” adı ilə təşkil edilən ianə kampaniyasının çox qısa müddətdə uğurla başa çatdığını öyrəndik. Bu barədə TurkicWorld–a Baykar savunma şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, uşaqdan böyüyə Bayraktar TB2 S/PUA –nı almaq üçün toplanan ianə qəbul edilməyərək, şirkət tərəfindən Bayraktar TB2 S/PUA –ları Ukrayna xalqına hədiyyə edilib.

"İctimai xadimlər, jurnalistlər, sənətçilər, futbolçular, iş adamları, sadə insanlar, hətta uşaqlar da bu kampaniyanın uğurlu keçməsi üçün böyük və ya kiçik ianə edərək ölkələrinə dəstək olublar.

Vətənpərvər Ukrayna xalqının qarşıya qoyduğu məqsədə çatmaq istəyi, həmrəylik ruhu da bizi heyran etdi. Baykar olaraq toplanan ianələrlə alınması nəzərdə tutulan 3 ədəd Bayraktar TB2 S/PUA -nı heç bir ödəniş etmədən Ukraynaya bağışlayırıq. Bu məqsəd üçün toplanan bütün ianələrin Ukraynanın şərəfli xalqının xeyrinə istifadə olunmasını xahiş edirik.

Baykar olaraq ədalətli həll arzuladığımızı hörmətlə bildirir və davamlı sülh üçün dua edirik”, - deyə məlumatda bildirilib.