Ceyhun Bayramov Sergey Lavrovla Ermənistan və Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə edib

Ceyhun Bayramov Sergey Lavrovla Ermənistan və Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə edib

Bakı. TurkicWorld:

17 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən TurkicWorld-ə verilən məlumata görə, nazirlər ikitərəfli gündəliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Bölgədəki cari vəziyyəti, o cümlədən, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması məsələlərini müzakirə edən tərəflər, üçtərəfli bəyanatların tam icrasının vacibliyini vurğulayıblar.

Telefon danışığı zamanı müzakirələrin Rusiya xarici işlər nazirinin Azərbaycana səfəri çərçivəsində davam etdirilməsi razılaşdırılıb.