...

Şuşa Bəyannaməsi qardaşlığı müttəfiqliyə çevirdi - Aygün Attar

Siyasət Digər xəbərlər 16 İyun 2022 10:03
TurkicWorld Nərmin Barış
Şuşa Bəyannaməsi qardaşlığı müttəfiqliyə çevirdi - Aygün Attar

İstanbul. Nərmin Barış - TurkicWorld:

Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan münasibətlərində bir miladdır.

Bunu TurkicWorld-a açıqlamasında Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Aygün Attar deyib.

O qeyd edib ki, Türkiyə və Azərbaycan Şuşa Bəyannaməsi ilə illərdir reallaşdırdığı qardaşlığı müttəfiqliyə çevirdi.

"Şuşa Bəyannaməsi hüquqi olaraq çox mühüm bir sənəddir. Bu günə qədər Türkiyə və Azərbaycan arasında əməkdaşlığa dair bir sıra iclaslar keçirilib, sənədlər imzalanıb, lakin Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan münasibətlərinin bugününə və bundan sonrakı 100 illiklərə möhür vuracaq bir sənəddir. Bir çox sahələrdə çox mühüm maddələri özündə ehtiva edən bəyannamə iki dövlətin münasibətlərini fərqli bir səviyyəyə çatdıran tarixi bir sənəddir. Bu bəyannamənin türk dünyasına, Türkiyə-Azərbaycan münasibətlərinin fundamental dəyərlərinə çox böyük töhfəsi var", - deyə A.Attar bildirib.

Məqalədə:
Xəbərlər

Xəbər lenti