Son dəqiqə

Azərbaycan Türkiyə Yalçın Topçu

Milli Qurtuluş günü Azərbaycan üçün yüksəliş dövrünün başlanğıcıdır - Yalçın Topçu

Bakı. TurkicWorld:

Azərbaycanın Milli Qurtuluş günü kimi qeyd olunan 15 iyun üçrəngli bayrağın altında əbədi olaraq müstəqil qalacaq Azərbaycan üçün yüksəliş dövrünün başlanğıcıdır.

Bunu TurkicWorld-ə açıqlamasında Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.

“Azərbaycanın ümummilli lideri Heydər Əliyev vətəndaş müharibəsi təhlükəsinin qarşısını almaq üçün xalqın dəvəti ilə Naxçıvan Muxtar Respublikasında Bakıya qaytmış və iyunun 15-də Ali Sovetin sədri seçilmişdi. Azərbaycan Respublikası müstəqilliyinin ilk illərində üzləşdiyi daxili təhdiddən və ağır iqtisadi və siyasi çətinliklərdən ümummilli lideri Heydər Əliyevin müdrik siyasəti sayəsində qurtuldu”, - deyə o bildirib.

Y.Topçu əlavə edib ki, işğal altında olan Qarabağ azad olunmaqla ümummilli lider Heydər Əliyevin vəsiyyəti Prezident, Vətən müharibəsinin müzəffər Ali Baş Komandanı İlham Əliyev və qəhrəman Azərbaycan xalqı tərəfindən yerinə yetirilib.

“Bir çox daxili və xarici problemləri geridə qoyan Azərbaycan bu beynəlxalq təşkilatlarda yer alan, müstəqil daxili və xarici siyasət yürüdən, inkşaf edən və beynəlxalq səviyyədə söz sahibi olan böyük dövlətdir. “Bir millət, iki dövlət” olduğumuz Azərbaycanı 15 iyun Milli Qurtuluş günü münasibətilə təbrik edir, Azərbaycanın Ulu öndəri Heydər Əliyevi rəhmətlə anır, Prezident İlham Əliyevin simasında bütün Azərbaycan xalqına hörmətimi ifadə edirəm”, - Y.Topçu vurğulayıb.

Mövzuya görə xəbərlər