Xarici İşlər Nazirliyi Ceyhun Bayramov Somali XİN

Əldə edilən razılaşmalar ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsinə səbəb olacaq - Ceyhun Bayramov

BAKI, TurkicWorld

Əldə edilən razılaşmalar ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsinə səbəb olacaq.

TurkicWorld xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali ilə bu gün Bakıda keçirdiyi birgə mətbuat konfransında deyib.

"Somalidən olan nazirə bölgədəki vəziyyət, azad edilmiş ərazilərdə görülən işlər, keçmiş məcburi köçkünlərin öz ərazilərinə qayıtmaları və Azərbaycan-Ermənistan münasibətləri barədə məlumat verdim.

2025-ci ildə Moqadişada keçirilən siyasi məsləhətləşmələrin növbəti illərdə də keçirilməsi olduqca vacibdir.

Burada əldə edilən razılaşmalar ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsinə səbəb olacaq", - o qeyd edib.

Mövzuya görə xəbərlər