ATƏT-in Minsk qrupu 30 il ərzində münaqişəni həll edə bilmədi - Mustafa Şentop

ATƏT-in Minsk qrupu 30 il ərzində münaqişəni həll edə bilmədi - Mustafa Şentop

Bakı. Trend:

Türkiyə Azərbaycanı hər zaman dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.

Trend-in məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycan torpaqları işğal olunmuşdu və beynəlxalq təşkilatlar torpaqların işğalını tanımışdılar, problemin həlli üçün ATƏT-in Minsk qrupu yaradılmışdı.

“Ancaq bu təşkilat 30 ildən çox müddət ərzində heç bir həll yolunu həyata keçirə bilmədi. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazilərini azad etdi. Azərbaycanın mübaruzəsində hər zaman dəstək vermişik və bundan sonra da verəcəyik. Azərbaycanın mövqeyi haqlı idi və öz əraziləri uğrunda mübarizə aparırdı”, - deyə o əlavə edib.