Bakı, TurkicWorld
İran region ölkələri, o cümlədən, Azərbaycanla səmimi münasibətlər və qardaşlıq əlaqələrinin tərəfdarıdır.
TurkicWorld -in məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün İranın Kirmanşah vilayətində iş adamları ilə baş tutan görüşdə deyib.
Onun sözlərinə görə, İran regionun bütün ölkələri - Azərbaycan, Türkmənistan, Rusiya, Əfqanıstan, Pakistan, İraq, Səudiyyə Ərəbistanı ilə bərabərlik və hərtərəfli əlaqələrin tərəfdarıdır.
İran prezidenti bildirib ki, region və qonşu ölkələrlə qarşıdurmaya və başqalarının bundan faydalanmasına heç bir səbəb yoxdur.