BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp İranın Livan, Suriya, Yəmən və Qəzza bölgəsində səbəb olduğu iddia edilən zərər və ölümlərə görə məsuliyyət daşımalı olduğunu bildirib.
TurkicWorld xəbər verir ki, Donald Tramp İranın uzun müddət davam edən müharibə ilə bağlı ABŞ-dən və İsraildən kompensasiya tələb etməsinə cavab olaraq Tehranın da bölgədəki fəaliyyətlərinə görə təzminat ödəməli olduğunu deyib.
ABŞ prezidenti bildirib ki, İranın müxtəlif münaqişələrdə iştirak etdiyini və bu səbəbdən bölgədə insan itkiləri və dağıntılara görə cavab verməli olduğunu düşünür.
Tramp daha əvvəl ABŞ-nin də İrandan kompensasiya tələb edəcəyini açıqlamışdı.
O, bu tələbin gələcək danışıqlarda gündəmə gətirilməsi üçün nümayəndələrinə göstəriş verdiyini bildirib.
İran isə daha əvvəl ABŞ və İsrailin hərbi əməliyyatları nəticəsində ölkəyə dəymiş zərərə görə təzminat tələb etdiyini açıqlamışdı.
Tərəflərin qarşılıqlı kompensasiya tələbləri ABŞ-İran münasibətlərində yeni mübahisə mövzusu yaradıb.







