Azərbaycan nümayəndə heyətinin Pakistana səfəri davam edir (FOTO)

Azərbaycan nümayəndə heyətinin Pakistana səfəri davam edir (FOTO)

Bakı. TurkicWorld:

Pakistan İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizin Pakistandakı səfirliyini ziyarət edib.

Müdafiə Nazirliyindən TurkicWorld-ə verilən məlumata görə, ziyarət zamanı səfirliyin inzibati binasında ucaldılmış ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla anılıb.