Milli Məclis Özbəkistan Sahibə Qafarova Daşkənd APA

Sahibə Qafarova Özbəkistana işgüzar səfərə gedib

Bakı, TurkicWorld

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti aprelin 4-də Özbəkistan Respublikasına işgüzar səfərə gedib.

Bu barədə TurkicWorld-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, İslam Kərimov adına Daşkənd Beynəlxalq Hava Limanında Milli Məclisin spikerini Özbəkistan Respublikası Ali Məclisi Senatı sədrinin birinci müavini Sadıq Safayev, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin sədri, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova PAİ-nın 150-ci Assambleyasında, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 4-cü Konfransında və APA-nın Koordinasiya iclasında iştirak edəcək.

Azərbaycan parlamenti spikerinin Parlamentlərarası İttifaqın 150-ci Assambleyasında çıxışı, iştirakçı ölkələrin parlament sədrləri, nümayəndə heyətlərinin və beynəlxalq təşkilatların rəhbərləri, həmçinin Özbəkistanın dövlət rəsmiləri ilə görüşləri nəzərdə tutulub.

Mövzuya görə xəbərlər