Avropa Şurası Nazirlər Komitəsi Rusiyanın təşkilatdan çıxarılması barədə qərar qəbul edib

Avropa Şurası Nazirlər Komitəsi Rusiyanın təşkilatdan çıxarılması barədə qərar qəbul edib

Bakı. TurkicWorld:

Avropa Şurası Nazirlər Komitəsi bu gündən etibarən Rusiyanın təşkilatda səlahiyyətlərinin başa çatdırılması barədə qərar qəbul edib.

TurkicWorld-un məlumatına görə, bu barədə Avropa Şurasının mətbuat xidməti bildirib.

Qeyd edək ki, ötən gün Rusiya hökuməti Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriçi Avropa Şurasını tərk etmək barədə məlumatlandırmışdı.