Ankara Türkiyə vətəndaşlarının Ukraynadan təxliyəsi ilə əlaqədar Rusiyaya təşəkkür edib

Ankara Türkiyə vətəndaşlarının Ukraynadan təxliyəsi ilə əlaqədar Rusiyaya təşəkkür edib

Ankara Türkiyə vətəndaşlarının Ukraynadan təxliyəsi ilə əlaqədar Rusiya tərəfinə təşəkkürünü bildirib.

TurkicWorld-un məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı deyib.

O bildirib ki, 15 mindən çox Türkiyə vətəndaşı Ukraynadan təxliyə olunub, daha 200 nəfər müxtəlif şəhərlərdə qalmaqdadır.

M.Çavuşoğlu Ukrayanda qan tökülməsini dayandırmağa çağırış edib.