Boris Conson BƏƏ və Səudiyyə Ərəbistanına səfər edəcək

Boris Conson BƏƏ və Səudiyyə Ərəbistanına səfər edəcək

Böyük Britaniyanın baş naziri Boris Conson Yaxın Şərqdən əlavə tədarüklər vasitəsilə ölkəni neft və neft məhsulları ilə təmin etmək səyləri çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) və Səudiyyə Ərəbistanına səfər edəcək.

Trend-in məlumatına görə, bu barədə KİV-lər xəbər verib.

Qeyd olunub ki, Böyük Britaniya, digər Qərb ölkələri kimi, enerji daşıyıcılarına olan qiymət artımı ilə üzləşdiyi üçün B.Conson istehsalçıları hasilatı artırmağa təşviq etməyə və istehlakçılara kömək etmək və Rusiya ixracından asılılığı azaltmaq üçün digər tədarükləri də təmin etməyə çalışacaq.

"Böyük Britaniya üzləşdiyimiz yeni reallıqla mübarizə aparmaq üçün beynəlxalq koalisiya qurur. Dünya özünü Rusiyanın karbohidrogenlərindən ayırmalıdır", - deyə B.Conson bildirib.

O qeyd edib ki, “Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri bu səylərdə əsas beynəlxalq tərəfdaşlardır”.