Ərdoğan və Conson Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını müzakirə ediblər

Ərdoğan və Conson Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını müzakirə ediblər

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan vә İngiltәrә Baş naziri Boris Conson Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını müzakirə ediblər.

Bu barədə TurkicWorld Türkiyə KİV-lərinə istinadən məlumat verir.

Məlumata əsasən, tərəflər arasında eyni zamanda regional proseslәr vә Türkiyә-İngiltәrә münasibәtlәri də müzakirә olunub.

Ərdoğan söhbәt zamanı Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarının dərhal dayandırılması vә atәşkәsin tәmin edilmәsi üçün sәylәr göstәrmәyә davam etdirklәrini bildirib.

O görüş zamanı hәmçinin Türkiyәnin terrorla mübarizә mәsәlәsindә NATO müttәfiqlәrindәn dәstәk gözlәdiyini dә əlavə edib.