Son dəqiqə

Avropa İttifaqı Belarus SWIFT

Aİ Belarus banklarının SWIFT sistemindən ayrılmasını nəzərdən keçirir

Avropa İttifaqı (Aİ) Belarus banklarının SWIFT beynəlxalq banklararası sistemindən ayrılması məsələsini müzakirə edir.

TurkicWorld-un məlumatına görə, bu barədə Aİ-nin nümayəndəsi bildirib.

"Hazırda Belarusun maliyyə sektoru barəsində Rusiya ilə analoji addımların atılması müzakirə olunur. Amma qeyd etmək lazımdır ki, SWIFT sistemi Belarus üçün Rusiya qədər strateji əhəmiyyət daşımır", - deyə nümayəndə bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl Aİ Rusiyanın 7 bankının SWIFT-dən ayrıldığını elan etmişdi.

Mövzuya görə xəbərlər