XİN Ukraynadan Polşa sərhəddinə keçən Azərbaycan vətəndaşlarına müraciət etdi

XİN Ukraynadan Polşa sərhəddinə keçən Azərbaycan vətəndaşlarına müraciət etdi

Ukraynadan Polşa sərhəddinə keçən Azərbaycan vətəndaşlardan təxliyyə üçün həmin ölkədə olan səfirliyimizə məlumat vermələrini xahiş edirik.

TurkicWorld-un məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bu gün keçirilən brifinqdə deyib.

L.Abdullayeva bildirib ki, Polşa sərhəddində xeyli insan toplaşıb.

“İnsanların çox olması səbəbindən Polşa hökuməti tərəfdən təşkil olunmuş avtobuslar vasitəsilə insanlar Polşanın digər şəhərlərinə aparılırlar. Vətəndaşlardan xahiş edirik ki, sərhəddi keçdikdən sonra Azərbaycan səfirliyi ilə əlaqə saxlasınlar və öz yerləri barədə məlumat versinlər ki, növbəti təxliyyə zamanı nəzərə alınsınlar”, - deyə L.Abdullayeva bidirib.