Bu gün Ukraynadakı Azərbaycan vətəndaşları 4-cü çarter reysi ilə təxliyə ediləcək

Bu gün Ukraynadakı Azərbaycan vətəndaşları 4-cü çarter reysi ilə təxliyə ediləcək

Bu gün gecə saatlarında 4-cü çarter reysi həyata keçirilərək Azərbaycan vətəndaşları Ukraynadan təxliyə ediləcək.

TurkicWorld-un məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bu gün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, 4-cü çarter reysi ilə 170-dən çox Azərbaycan vətəndaşı ölkəyə gətiriləcək.